Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
16.07.2026 - 18:11
Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək

İngiltərəli hücumçu Meyson Qrinvud “Fənərbaxça”ya keçidini tamamlamaq üçün İstanbula gəlib.

Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçunu daşıyan təyyarə bu gün İstanbul Hava Limanına enib.

Klub yeni transferin azarkeşlərlə görüşəcəyini və daha sonra tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağını açıqlayıb.

“Fənərbaxça” Qrinvudun transferi ilə bağlı Marsel ilə razılığa gəlib. Rəsmi məlumata əsasən, İstanbul təmsilçisi Fransa klubuna 39 milyon avro ödəyəcək.

Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 23 qol vurub və 8 məhsuldar ötürmə edib.