“Bu, yaxşı reklam və Premyer Liqa üçün əyləncəli oyun idi”
Apasport.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi" ilə oyundakı heç-heçəni (4:4) barədə deyib.
O, rəqib komandanı əzmli mübarizə aparmalarına görə təbrik edib: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. Mən fərqli bir şey gözləməzdim. Bilirik ki, onlar həmişə güclü komandalara qarşı yaxşı oynayırlar. Biz öz oyunumuzu tətbiq etdik, lakin ona nəzarət etmək çətin idi. Bizim oyun zamanı başa çatdıra bilmədiyimiz iki-üç təkbətək anlarımız oldu. 4:4 əvəzinə 1:1 hesabını üstün tuturam? Olan budur. Mən 7:0 hesabı ilə qalib gəlməyə üstünlük verirəm, amma bu, belə səviyyədə olmur. “Çelsi” fantastik komandadır”.
- Şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu - FOTO - VİDEO
- "Fənər"dən darmadağın, AL-də günün nəticələri - YENİLƏNİB
- Final və III yer uğrunda oyununun yeri müəyyənləşib
- Azərbaycan millisinin qapıçısı: "Yığma komandamız buna layiqdir"
- "Roma"nın yeni baş məşqçisi bəlli oldu