![Qvardiola karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirdi](https://apasport.az/storage/news/2023/june/12/big/648704bd8bc4f648704bd8bc501686570173648704bd8bc4d648704bd8bc4e.jpg)
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis 2 ildən sonra İngiltərə klubundan ayrılacaq.
O, 2025-ci ilin yayında Mançester təmsilçisini tərk etmək qərarına gəlib. “Şəhərlilər”lə Çempionlar Liqasını qazanan Qvardiola karyerasını bitirəcəyi vaxtı da müəyyənləşdirib.
O, hələ 9 il çalışmağı planlaşdırır. İspaniyalı 2032-ci ildə karyerasını başa vuracaq. Qvardiola İtaliya klublarında və ya milli komandada çalışmağı da planlaşdırır.
Qeyd edək ki, mütəxəssis 2016-cı ildən Premyer Liqa klubuna rəhbərlik edir.