Rahil Məmmədovun komandası qalib gəldi
26.05.2024 - 12:36
Polşa çempionatında 34-cü turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, sonuncu turda Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” doğma meydanda “Stal” (Melets) klubuna 3:2 hesabı ilə qalib gəlib.
Məmmədov bütün oyunu meydanda olub və 79-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
“LKS Lodz” 24 xal toplayıb, sonuncu yerdə qərarlaşıb və Ekstraklasadan aşağı liqaya düşüb.
- "Andrey Lunyovu heç yerə buraxmırıq"
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
- Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edəcəklər
- Kaxaber Tsxadadze: “Penalti vurmağı öyrənsək, yaxşı olacaq”
0
0