Ramos Braziliyaya yollanır
13.07.2023 - 18:50
Serxio Ramos Braziliya çempionatında oynamağı planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, 37 yaşlı müdafiəçi “Flamenqo” klubu ilə danışıqlar aparır.
Mövsümün sonunda Fransa PSJ-sindən azad agent kimi ayrılan ispan futbolçu okeanın o tayına köçməyin əleyhinə deyil. Klubdan verilən açıqlamada yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, 16 il Madrid “Real”ının şərəfini qorumuş Ramos son mövsümdə Fransa PSJ-si ilə 58 matçda iştirak edib.
- Ronaldo istəyir, Mourinyo buraxmır -"Fənərbaxça"nın ulduzu üçün fantastik təklif
- "Arsenal"ın futbolçusu: "Ronaldinyo tarixin ən yaxşısıdır"
- Kaxaber Tsxadadze: “Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır”
- "Fənərbaxça" Portuqaliya millisinin üzvü ilə maraqlanır
- Xabi Alonso Rodriqo barədə: “Onun gələcəyi ilə bağlı hələ qərar verməmişik”
0
0