Raul aşağı liqanı Bundesliqadan üstün tutdu
28.10.2022 - 17:04
“Şalke”nin sabiq futbolçusu Raul Qonzales komandanın baş məşqçisi olmaq təklifini rədd edib.
Apasport.az saytının məlumatına görə, “Real”ın ikinci komandası olan “Kastilya”nı çalışdıran mütəxəssis Bundesliqaya yollanmaq istəməyib.
Frank Krameri istefaya göndərdikdən sonra baş məşqçi axtarışına çıxan “Şalke” rəhbərliyi ilk təklifi Raula etsə də, o, “yox” cavabını verib. Yalnız bundan sonra Gelzenkirxen təmsilçisi komandanı Tomas Raysa tapşırıb.
Qeyd edək ki, Bundesliqada keçirdiyi 11 oyunda 6 xal toplayan “Şalke” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
- Bəxtiyar Musayev: “Mutu Regekampfla müqayisədə “Neftçi”də daha yaxşı işlər görəcək” - MÜSAHİBƏ
- “Napoli” “Çelsi”nin futbolçusunu heyətinə qatır
- Mateuş Kunya rəsmən "Mançester Yunayted"də
- İtaliya çempionatında ayın futbolçusu seçildi
- VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan milliləri növbəti matçlarını keçirəcəklər
0
0