“Real” sabiq müdafiəçisini qaytarır
09.01.2023 - 17:32
“Real”ın Dani Karvaxalın yerinə almaq istədiyi futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Əşrəf Hakimini heyətinə qaytarmaq istəyir.
24 yaşlı müdafiəçi hazırda PSJ-də çıxış edir. Mərakeşli futbolçu 2006-20-ci illərdə “Real”a məxsus olub. Əsas komandada 17 matça çıxan Əşrəf 2 qol vurub. Onun parislilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Bu üzdən “Real” onun transferi üçün xərcə düşməli olacaq.
Qeyd edək ki, müdafiəçi Dortmund “Borussiya”sı və “İnter”də də forma geyinib.
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- De Bleker "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh etdi
- “Neftçi”dən “Zenit” azarkeşlərinə xüsusi sektor
- “İmişli”də yeni müqavilə
- "Qarabağ" - "Dinamo" oyununa 28 000 bilet satılıb
0
0