İspaniyanın “Real Madrid” klubu yayda heyətini gücləndirmək niyyətindədir.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komanda 4 yeni oyunçu ilə danışıqlar aparır.
Bunlar, “Bayer 04”dən Florian Virtz, Jonatan Ta, “Bavariya”dan Alfonso Deyvis və “Liverpul”dan Trend Aleksandr-Arnolddur. Buna səbəb Madrid təmsilçisinin 3 oyunçusunun -Dani Karvaxal, Eder Militao və David Alabanın zədədən əziyyət çəkməsidir.
“Kral klubu” bu transferlərdən yalnız Virtz üçün qarşı tərəfə təklif göndərəcək, digər 3 oyunçunu isə pulsuz şəkildə yayda heyətinə qatacaq.
Qeyd edək ki, “Real” 12 turdan sonra İspaniya La Liqasında 27 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
- Dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start veriləcək
- Gimnastika üzrə 28-ci Bakı çempionatı üç kateqoriya üzrə keçiriləcək
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- Arsen Venger Premyer Liqanın qalibinin adını açıqladı