“Real”ın müdafiəçisi Fran Qarsiya yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanan klublardan biri də “Betis”dir. Andalusiya təmsilçisi futbolçunun transfer şərtlərini öyrənmək üçün Madrid klubu ilə ilkin təmaslar qurub.
Məlumata görə, “Betis” Fran Qarsiyanı sol müdafiə xəttinə əsas namizədlərdən biri hesab edir. Lakin transferin reallaşması üçün həm “Real”ın tələb etdiyi məbləğ, həm də futbolçunun maaşı ilə bağlı məsələlərin həlli vacibdir.
Qeyd edək ki, Fran Qarsiyanın “Real”la müqaviləsi davam edir. İspan müdafiəçi ötən mövsüm bütün turnirlərdə 40-dan çox oyunda forma geyinib. “Betis”in transfer üçün təxminən 10 milyon avro ödəməyə hazır olduğu bildirilir.