Rekord maaş tələbi
09.11.2022 - 21:47
“Milan”ın futbolçusu Rafael Leau klubla müqaviləni uzatmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu bunun üçün tələblərinin yerinə yetirilməsini istəyir.
23 yaşlı forvard İtaliya klubundan rekord məbləğdə maaş tələb edir. O, ildə 10 milyon avro qazanmaq arzusundadır. Əgər Leaunun tələbi qəbul edilsə, portuqaliyalı “Milan”ın tarixində ən yüksək ödənişli futbolçu olacaq.
Qeyd edək ki, Rafaelin indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Çempionlar Liqası himninin tarixçəsi
- Millimizin DÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlanıb
- Uolker Türkiyə nəhənginə təklif olunub
- Bəxtiyar Musayev: “Ümidsizliyə qapılmağım bərbad baş məşqçisinin olmasıdır” - MÜSAHİBƏ
- Əfran İsmayılov: “Qarabağ” Avropa Liqasında tarix yazmaq istəyirsə...” - MÜSAHİBƏ
0
0