Renat Dadaşov məşqlərə start verib
19.11.2024 - 21:37
![Renat Dadaşov məşqlərə start verib](https://apasport.az/storage/news/2024/november/19/big/673ccd10b5dcb673ccd10b5dcc1732037904673ccd10b5dc9673ccd10b5dca.webp)
Renat Dadaşov "Ankaragücü"nün heyətində məşqlərə start verib.
Apasport.az xəbər verir ki, o, komandanın bugünkü hazırlığında yer alıb.
Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.
Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.
0
0