İtaliya A Seriyası təmsilçilərindən "Atalanta"nın üzvü Mateo Reteqi karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, forvardla "Arsenal" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Premyer Liqa komandaları oyunçu üçün İtaliya təmsilçisi ilə artıq görüş keçiriblər.
Mateo Reteqi hansı klublarda forma geyinib?
Mateo "Atalanta"ya ötən il "Cenoa"dan 28 milyon avro qarşılığında transfer olunub. Futbolçu həmçinin karyerası ərzində "Boka Xuniors", "Tiqres" kimi komandaların şərəfini qoruyub.
Reteqinin "Atalanta"dakı statistikası
Qeyd edək ki, 25 yaşlı italiyalı bu mövsüm A Seriyası təmsilçisinin heyətində iştirak etdiyi 34 rəsmi matçda 23 qol, 4 assistlə yadda qalıb.
- Sərbəst güləşçilərimiz dünya çempionatının finalına yüksəlib
- Şahmatçımız Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub
- “Fənərbaxça” “Rizespor”la qarşılaşmaya itkilərlə çıxacaq
- Ərdoğan: “Futboldakı mərc qalmaqalına biganə qala bilmərik”
- Portuqaliyalı “Beşiktaş”dan ayrılacaq: Sergen Yalçın istəmədi