Roberto "yuvadan uçur"
24.12.2023 - 09:58
"İnter" müdafiə xəttini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, italyanlar "Barselona"nın müdafiəçisi Sergi Robertoya elçi düşüb.
Yanvarın əvvəlində milanlılar futbolçu ilə azad agent kimi transferlə bağlı danışıqlar aparmağa çalışacaq.
Futbolçunun özü isə hələlik heç bir klubla müqavilə imzalamağa çalışmır. O, 2024-cü ilin may ayına qədər indiki komandasından yeni müqavilə təklifi gözləyəcəyini açıqlayıb.
Qeyd edək ki, 10 ildir “Barselona”nın əsas komandasında çıxış edən Roberto bu mövsüm forma geyindiyi 8 matçda 3 dəfə fərqlənib.
- Bu gün “Mingəçevir reqatası-2024”ə start veriləcək
- İlham Yadullayev postda qaldı - Digər məşqçilərin aqibəti isə...
- Ermənistan və Gürcüstan DÇ-2029-a ev sahibliyi edəcək
- Koxalskinin kartı, verilməyən penalti: "Hakimin iki qərarı da doğrudur"
- 67 ilin ən böyük sensasiyası – nəhənglər xal qazana bilmədi
0
0