"Roma" Sançeşlə bağlı qərar verib
05.05.2024 - 22:50
!["Roma" Sançeşlə bağlı qərar verib](https://apasport.az/storage/news/2024/may/05/big/6637882d4133d6637882d4133e17149153736637882d4133b6637882d4133c.webp)
"Roma"da icarə əsasında çıxış edən yarımmüdafiəçi Renato Sançeş cari mövsümün sonunda PSJ-yə qayıdacaq.
Apasport.az xəbər verir ki, romalılar futbolçunu 15 milyon avroya tam transfer etmək hüququndan istifadə etməyəcək.
Parislilər yay "transfer pəncərəsi"ndə Sançeşi başqa kluba göndərmək variantlarını nəzərdən keçirəcək.
0
0