“Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq
20.03.2025 - 15:54
İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Paulo Dibala sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əzələ zədəsi olan argentinalı hücumçu yaxın günlərdə əməliyyat olunacaq.
31 yaşlı forvard mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.
Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir.
Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol, 4 assistlə yadda qalıb.
- Fəxri-prezident narahatdır - Çerçesov qovula bilər
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- Pol Poqbanı qardaşı qaçırıb: 13 milyon avroluq şantaj
- Osimhenin qorxulu röyası: köhnə “düşmənlər” yenidən üz-üzə
- Bəxtiyar Musayev: “Qarabağ” bunu mütləq etməlidir, deyə bilmərəm” - MÜSAHİBƏ
0
0