Ronaldo 5 ildən sonra “Qızıl top” mərasimində
15.10.2022 - 12:51
![Ronaldo 5 ildən sonra “Qızıl top” mərasimində](https://apasport.az/storage/news/2022/october/15/big/634a72218f753634a72218f7541665823265634a72218f750634a72218f752.jpg)
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Qızıl top” mərasimində iştirak etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz 5 ildən sonra ilk dəfə bu tədbirə qatılacaq.
37 yaşlı forvard sonuncu dəfə 2017-ci ildə “Qızıl top” mərasimində iştirak edib və elə həmin vaxt axırıncı mükafatını qazanıb. O, karyerasında 5 dəfə “Qızıl top”a sahib olub.
Qeyd edək ki, təqdimetmə mərasimi oktyabrın 17-də keçiriləcək.
0
0