![Ronaldo ilin idmançısı seçildi](https://apasport.az/storage/news/2023/december/30/big/658fbcbaa40d0658fbcbaa40d11703918778658fbcbaa40ce658fbcbaa40cf.webp)
İdmançıların dünya reytinqi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu məlumat Böyük Britaniyanın SMM fəaliyyəti ilə məşğul olan “Hopper HQ” şirkəti tərəfindən açıqlanıb.
1-ci yerin sahibi Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldodur. Onun ən yaxın izləyicisi “İnter Mayami”nin (ABŞ) argentinalı ulduzu Lionel Messidir.
Hindistanlı kriketçi Virat Kohli dünyanın üçüncü idmançısı olub. O, Braziliya millisinin və “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Neymarı qabaqlayıb.
“Top-5”i basketbolçu qapayıb. “Los-Anceles Leykers”in (ABŞ) ulduzu Lebron Ceyms siyahıda 5-ci olub.
Qeyd edək ki, 1-ci yeri tutan Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda forma geyinir.