Ronaldo Səudiyyə Ərəbistanında xoşbəxtdir
10.10.2023 - 14:07
![Ronaldo Səudiyyə Ərəbistanında xoşbəxtdir](https://apasport.az/storage/news/2023/october/10/big/65251ba3d983765251ba3d9838169693072365251ba3d983565251ba3d9836.png)
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyatından razıdır.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr"in 38 yaşlı kapitanı komanda ilə müqaviləsini yeniləmək istəyir.
Bu mövsüm 11 matçda 11 qol və 6 assistlə yadda qalan hücumçunun ərəblərlə müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulub. Portuqaliyalı futbolçu millisinin düşərgəsinə getməzdən öncə klub rəhbərliyi ilə görüşərək istəyi haqda məlumat verib.
Qeyd edək ki, Ronaldo 2027-ci ilə kimi “Əl-Nəsr”in şərəfini qoruyub, sonra karyerasını bitirməyi planlaşdırır.
0
0