Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 41 yaş 132 günlüyündə DR Konqo ilə matça start heyətində başlayan hücumçu mundial tarixində ilk “11-lik”də meydana çıxan ən yaşlı meydan oyunçusu olub.
Dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı futbolçu isə Misir millisinin sabiq qapıçısı Essam əl-Hadaridir.
O, DÇ-2018-də Səudiyyə Ərəbistanına qarşı oyuna 45 yaş 161 günlüyündə ilk “11-lik”də başlayıb.
Ronaldo isə qapıçılar nəzərə alınmadıqda mundial tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.
- Fransalı futbolçu “Yuventus”un ən yaxşısı seçildi
- Taleh Nəsibov: “Futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz”
- İdman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı dəqiqləşdi
- Rəşad Sadıqov: "Hakimə etiraz ediriksə, o demək deyil ki, narazıyıq" - VİDEO
- Marko Roys ABŞ klubunda