Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun yeni qoşulduğu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu yerli çempionatda əsas rəqiblərindən olan "Əl-Tai"yə 2:0 qalib gəlib.
Apasport.az xəbər verir ki, 42 və 47-ci dəqiqədə "Beşiktaş"dan bizə tanış olan braziliyalı Taliska dubl müəllifi olub.
Bu matçı buraxan Ronaldo oyunu paltardəyişmə otağından izləyib. O, velotrenajorda olub. Ər-Riyad klubu komandanın qolu vurularkən onun əl çalması anını paylaşıb.
Qeyd edək ki, Ronaldonun daha bir oyunu buraxacağı və 21 yanvarda "Əl-İttifaq"a qarşı oynayacağı deyilir. Buna səbəb kimi Ronaldonun noyabrda "Everton"la oyundan sonra autizmli uşağın telefonunu yerə çırpdığı üçün 2 oyunluq cəzalandırılması (50 min funt sterlinq də cərimələnmişdi) göstərilir. FIFA qaydalarına görə, həmin cəza futbolçuya aid olduğundan, sanksiya yeni klubunda qüvvəsini saxlayır.
Digər məlumata görə isə, futbolçunun oynaya bilməməsinin səbəbi "Ən-Nəsr"in hələ Kriştianu Ronaldonu legionerlərin çoxluğu səbəbindən sifariş edə bilməməsidir.
- Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
- Adrian Mutu: "Layiqli qələbə qazandıq"
- Stadnik Parisdə də qızıl şansını itirdi
- Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli fikir başqa yerdədir"
- Basketbol millilərinin yeni reytinq siyahısı açıqlanıb