Kriştiano Ronaldo daha bir otel inşa etdirəcək.
Apasport.az saytı xəbər verir ki, 38 yaşlı superulduz bu dəfə məkan kimi Fransanın paytaxtı Parisi seçib.
O, burada 200 otaqdan ibarət olacaq otel tikəcək. “Pestana CR7” adlanacaq tikilinin ən üst mərtəbəsində Paris mənzərəli bar olacaq.
Karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunda davam etdirən portuqaliyalı hücumçu yeni otelinin açılışını 2027-ci ildə edəcək. Bu, Ronaldonun ən böyük oteli olacaq.
Qeyd edək ki, futbolçunun Madeyra və Lissabon (Portuqaliya), Nyu-York (ABŞ), Madrid (İspaniya) və Mərakeşin eyni adlı paytaxtında otelləri mövcuddur.
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- Tahir Gözəl: "Bu qələbə acılı gündə kiçik bir təsəlli idi" – MÜSAHİBƏ
- Krakov-2023: Aydanla Ülviyyə finaldan kənar qaldı
- İngiltərənin I divizion klubu "Benfika"dan futbolçu aldı
- “Turan Tovuz” – “Traktor” oyununun tarixi bəlli olub