
İyunda Rusiya millisi Qazaxıstan ilə yoldaşlıq oyunu keçirə bilər.
Apasport.az "soccer.ru"ya istinadla xəbər verir ki, Rusiya və Qazaxıstan arasında matçın keçirilməsi məsələsi üzərində danışıqlar gedir.
Digər tərəfdən isə Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti yayılan xəbərləri təkzib edib: "Qazaxıstanın oyun cədvəli artıq tərtib edilib və oraya Rusiya millisi ilə yoldaşlıq oyunu daxil deyil. Bildiyimə görə, bu məsələ ilə bağlı RFU ilə də danışıqlar aparılmayıb”.
Qeyd edək ki, martın 21-də ruslar Serbiya ilə qarşılaşacaq. Görüş Moskvada, VTB Arena stadionunda baş tutacaq. Oyunun FİFA reytinqinə daxil ediləcəyi bildirilib.
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- “Yuventus”un hədəfində 7 futbolçu var
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- Adrian Mutu: "Məğlub olmağımız utancvericidir"
- Mikels qərarını verdi: Azərbaycan klubundan imtina etdi