Rusiyada yeni legioner limiti
13.04.2026 - 15:55
Rusiyada yeni legioner limiti

Rusiya İdman Nazirliyi ölkə Premyer Liqası ilə bağlı yeni legioner limiti tətbiq edib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Premyer Liqa klubları 2026/27 mövsümündən etibarən 12-dən çox xarici oyunçu qeydiyyatdan keçirə və eyni anda 7-dən çoxunu meydana buraxa bilməyəcəklər.

Bununla da, legioner limiti "5+7" limitinin tətbiqinə start verilib.

Hazırda Rusiya yüksək divizionundakı klublar heyətlərinə 13-ə qədər xarici oyunçu daxil edə bilərlər və onlardan 8-nin eyni anda meydana çıxmasına icazə verilir.