Sabiq “Barselona”lı ərəblərin radarında
27.03.2026 - 16:27
Sabiq “Barselona”lı ərəblərin radarında

İspaniya millisinin üzvü Adama Traoreyə Səudiyyə Ərəbistanından təklif gəlib.

Apasport.az xəbər verir ki, 30 yaşlı vingeri "Əl-Hilal" istəyir.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, ərəblər onun keçidini yayda həll etməyi planlaşdırır.

"Vest Hem"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Traore ərəblərin təklifinə müsbət yanaşmır.

Qeyd edək ki, "Barselona” futbol akademiyasının yetirməsi olan Adama “Aston Villa”, “Midlsboro”, “Vulverhempton” və “Fulhem” kimi klublarda da çıxış edib.