Sabiq “Real”lı İtaliya klubunda - RƏSMİ
24.09.2026 - 21:18
“Real Madrid”dən ayrılan David Alabanın yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, avstriyalı müdafiəçi “Udineze”yə keçib.
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə anlaşmanın müddəti bir ildir.
Qeyd edək ki, Alaba 2011-2021-ci illərdə “Bavariya”da, 2021-2026-da isə “Real”da forma geyinib.
0
0