Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Super Liqa komandası "Adana Demirspor"a yeni baş məşqçi təyin edilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, Adana təmsilçisi təcrübəli məşqçi Hikmət Karamanla anlaşıb.
"Adana Demirspor" 63 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Karaman karyerasında “Kocaelispor”, “Zeytinburnuspor”, “Ərzurumspor”, “Adanaspor”, “Rizəspor”, “Ankaragücü”, “Malatyaspor”, “Ankaraspor”, “Antalyaspor”, “Manisaspor”, “Qaziantepspor”, “Bursaspor”, “Kayseri Erciyesspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Kayserispor”u çalışdırıb.
- Siyasət Əsgərov: "Qapımıza heç nədən penalti təyin olundu”
- Robert Prosineçki Kimdir? Azərbaycan Millisinə Qayıdacağı Ehtimal Edilən Mütəxəssis
- "Fənərbaxça" italiyalı çalışdırıcı ilə danışıqlara başladı
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
- Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar