![Sançodan növbəti məsuliyyətsizlik](https://apasport.az/storage/news/2023/september/21/big/650c42dd24a89650c42dd24a8a1695302365650c42dd24a87650c42dd24a88.png)
“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço qeyri-adi hərəkətlərinə davam edir.
Apasport.az saytı xəbər verir ki, 23 yaşlı hücumçu komandasının Çempionlar Liqasında “Bavariya” (4:3) ilə oyunundan 2 saat öncə video oyunlar oynayıb.
İngiltərə millisinin də şərəfini qoruyan oyunçunun
vaxtını FIFA 23 futbol simulyatoru oynayaraq keçirdiyi bəlli olub. O, 230 min abunəçisi olan youtuber JCC-nin canlı yayımında görünüb.
Qeyd edək ki, komandanın baş məşqçisi ilə yola getmədiyi üçün heyətdən kənarda qalan Ceydonun bu hərəkəti “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.