Selçuk İnan "Kasımpaşa"da
21.11.2022 - 16:28
Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi məlum olub.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Selçuk İnanla anlaşıb.
Bu postda Şenol Canı əvəzləyən 37 yaşlı mütəxəssis mövsümün sonuna qədər İstanbul komandasını çalışdıracaq.
Selçuk İnan futbolçu karyerasını başa vurduqdan sonra "Qalatasaray"da baş məşqçi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb. O, "sarı-qırmızılar"dan bu ilin yanvarında ayrılmışdı.
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub
- "Napoli" La Liqada Lukakuya alternativ tapıb
- Misli Premyer Liqası: XII turun oyun cədvəli
- Azərbaycan millisinin Parisdəki dünya çempionatında medal sayı 3-ə çatıb
- 90 milyona satılmayan futbolçu ilə yeni müqavilə
0
0