Şenol Güneş Türkiyə millisinin Paraqvayla keçiriləcək dünya çempionatı oyunu öncəsi komandanın düşərgəsinə baş çəkib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularla görüşərək onlara motivasiya xarakterli çıxış edib.
Güneş həmçinin yığmanın baş məşqçisi Vinçenso Montella ilə də bir araya gəlib.
Şenol Güneş çıxışında bildirib ki, dünya çempionatında hər matça final kimi yanaşmaq lazımdır:
“İnkişaf etmək üçün hər oyundan dərs çıxarmaq lazımdır. Heç bir matç final deyil, amma final kimidir. Çox ciddidir. Ciddi oynamaq lazımdır. Ötən matç inadkar ruhumuzu ortaya qoya bilmədik.
Ayaqlar yerə möhkəm bassın. Ağlınızı, zəkanızı istifadə edin. Bacarığınızı meydanda göstərin. Hamı ən yaxşı futbolunu oynasın. Biz də sizi alqışlayaq.
Həyatın hər dövrü sınaqdır. Yaxşı və pis günlər olacaq. Pis gündə təslim olmadan, yaxşı gündə də ‘hər şey bitdi’ demədən çalışmağa davam etmək lazımdır. Yeni bir gün başlayır. Bu matçın nə əvvəli var, nə də sonrası. Sadəcə 90 dəqiqə var. Gələcəyə ilk addımı bu gün ataq”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunun II turunda bu gün Paraqvayla qarşılaşacaq. Komanda ilk turda Avstraliyaya 0:2 hesabı ilə uduzub.