Silva "Çelsi" ilə vidalaşdı
20.05.2024 - 09:57

Braziliyalı müdafiəçi Tiaqo Silva "Çelsi"ni tərk edir.
Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu İngiltərə klubu ilə vidalaşıb.
“Arzum övladlarımın “Çelsi”də oynamasını görməkdir. Klub və azarkeşlərə təşəkkür edirəm. Mən hamınızı sevirəm”, - deyə o bildirib.
Bundan əvvəl Silvanın karyerasını Braziliyanın "Fluminense" klubunda davam etdirəcəyi məlum olub. 2023/2024 mövsümündə müdafiəçi “təqaüdçülər”in heyətində 38 matçda iştirak edib, 4 qol və 1 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 2 milyon avro olaraq qiymətləndirilir.
- Mehdi Cənnətov: "Turan Tovuz"a qarşı matçlar asan olmur" - Müsahibə
- DÇ-2022-nin instaqram ulduzları – 1 paylaşımın qiyməti...
- Premyer Liqa klubu "Qalatasaray"ın müdafiəçisini istəyir
- Daha bir millinin qapıçısı Premyer Liqaya keçdi
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
0
0