Şkrinyar üçün 70 milyonluq tələb
09.07.2022 - 17:59
PSJ “İnter”in müdafiəçisi Milan Şkrinyarla maraqlanmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, fransızların israrına baxmayaraq, “neradzurra” onun qiymətində endirimə getmək istəmir.
27 yaşlı mərkəz müdafiəçisini əlində saxlaya bilməyəcəyini başa düşən İtaliya klubu Paris təmsilçisindən 70 milyon avro tələb edir. Keçid baş tutsa, “İnter” əldə olunacaq pulla “Torino”nun müdafiəçisi Qleyson Bremeri transfer edəcək.
Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən “İnter”də çıxış edir.
- “Araz-Naxçıvan” – “Aris” oyununun hakimləri açıqlanıb
- Güvənç Kurtar: "Şeydayevi əsas heyətdə oynaması üçün transfer ediblər" - Açıqlama
- Ramal Hüseynov: “Şeydayev “Kocaelispor”da özünü gözəl hiss edəcək” - Müsahibə
- “İmişli”dən qələbə
- Azərbaycan millisinin voleybolçuları Rumıniya kubokunun qalibi olublar
0
0