Slot bir gecədə 2 dəfə tarix yazıb
24.10.2024 - 18:56
İngiltərə Premyer Liqası klublarından “Liverpul”un baş məşqçisi Arne Slot bir ilkə imza atıb.
Apasport.az xəbər verir ki, " Liverpul" Çempionlar Liqasında yoluna itkisiz davam edir.
Dünən səfərdə Bundesliqa təmsilçisi “Leypsiq”i 1:0 hesabı ilə üstələyən komanda bu mövsüm çıxdığı 12 qarşılaşmanın 11-də meydanı qalib tərk edib.
Bundan başqa mersisaydlılar ardıcıl 6 səfər matçında qələbə qazanıb. Bu nəticələrlə Slot və futbolçuları klub tarixinə düşüblər.
Qeyd edək ki, "Qırmızılar" bu mövsüm tək məğlubiyyətini "Nottingem Forest"dən alıb .
- “Liverpul”da kütləvi ayrılıq - 4 futbolçu satışa çıxarılacaq
- “Nyukasl” ukraynalı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır
- “Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı
- Aygün Kazımova və Miri Yusifdən əyləncə dolu anlar - FOTOLENT
- “Araz-Naxçıvan”ın oyunçusu: "Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”
0
0