Tanınmış futbolçu zədəələnib: 1 ay meydandan kənarda qalacaq
29.12.2025 - 14:56
Tanınmış futbolçu zədəələnib: 1 ay meydandan kənarda qalacaq

“Betis”in yarımmüdafiəçi İsko dizindən aldığı zədə səbəbindən sıradan çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

33 yaşlı futbolçu təxminən bir ay komandasına kömək edə bilməyəcək. O, artroskopik (oynaqda kiçik kəsiklər) əməliyyat olunacaq.

İsko zədəni UEFA Avropa Liqasının ümumi mərhələsində Niderlandın “Utrext” klubuna qarşı keçirilən matçda alıb. O, 2025/26 mövsümündə iki oyunda iştirak edib və bir məhsuldar ötürmə verib.

İspaniyalı futbolçunun “Betis”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.