Taunsendin növbəti dayanacağı – “LUTON”
11.10.2023 - 21:42
İngiltərə yığmasının keçmiş üzvü karyerasını “Luton”da davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, Andros Taunsendlə yanvar ayına kimi müqavilə imzalanıb.
Yayda “Everton”dan ayrılan yarımmüdafiəçi “Luton”a sərbəst agent kimi qoşulub. 32 yaşlı futbolçu “Kristal Pelas”, “Tottenhem”, KPR, “Birmingem”, “Lids”, “”Milliuol”, “Uotford”, “İpsviç”, “MK Dons”, “Leyton Orient”, “Yovil” kimi klublarda çıxış edib.
Qeyd edək ki, İngiltərə yığmasında 13 oyun keçirən Taunsend iki qol vurub.
- Rəşad Sadıqov: "Özümü ucuzlaşmış hiss edirəm"
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- Azərbaycanlı cütlük “Prezident Kuboku 2024”-də bürünc medal qazandı
- "Ordu" heyətini amerikalı ilə gücləndirib
- Daha 2 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
0
0