TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib
04.07.2024 - 23:25
![TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib](https://apasport.az/storage/news/2024/july/04/big/6686f9aeec3c56686f9aeec3c617201217746686f9aeec3c36686f9aeec3c4.jpeg)
Türkiyə yığmasının futbolçusu Merih Demiral 2 oyun diskvalifikasiya olunması xəbəri təsdiqlənməyib.
Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası rəsmi açıqlama ilə bu informasiyanı təkzib verib.
Almaniya mətbuatında Merihin 1/8 finalın Avstriya (2:1) ilə qarşılaşmasında "bozqurd" işarəsi nümayiş etdirdiyinə görə cəzalandığı xəbəri yayılıb. Amma TFF bu məlumatın doğru olmadığını bildirib.
Qeyd edək ki, Demiral Avstriya ilə görüşdə komandanın hər iki qolunun müəllifi olub.
0
0