Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Super Kubok oyununun Azərbaycanda keçirilmək perspektivindən danışıb.
Apasport.az xəbər verir ki, qurum rəhbəri matçın Almaniyada təşkil olunmasını istədiklərini, amma təhlükəsizlik səbəbindən buna icazə verilmədiyini deyib: "İngiltərəni variantını düşündük, eyni vəziyyətlə üzləşdik. Heç bir Avropa ölkəsi icazə vermir. Azərbaycan deyir ki, Super Kubok oyununu bizdə keçirin, ancaq orda pul yoxdu. Səudiyyə Ərəbistanı təxminən 120 milyon dollar ödəməklə dünya ulduzlarını ölkəsinə transfer edir. Superkubokun Səudiyyə Ərəbistanında təşkili türk futbolunun imici üçün faydalı olacaq. Danışıqlarımız davam edir".
- Vüsal hesabı açdı, “Egnatia” 3 xal qazandı
- Çingiz Hüseynzadə: "Sürpriz idman növləri üçün lisenziya şanslarımız davam edir"
- “Roma”nın sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıracaq
- Orxan Səfərov İsraildə gümüş medalla kifayətləndi
- İkili standart və ya Nurlan İbrahimov yeni cığır axtarışında - VİDEO