Tilemans Çempionşipdə oynamayacaq
31.05.2023 - 23:52
Yuri Tilemans Premyer Liqanı tərk edən “Lester”dən gedəcək.
Apasport.az saytı xəbər verir ki, Belçika yığmasının üzvü azad agent statusu alacaq.
Artıq Tilemansla maraqlanan klubların adı məlumdur. İngiltərədə “Arsenal”, İspaniyada isə “Barselona” yarımmüdafiəçinin xidmətində maraqlıdır. 2019-cu ildən “Lester”də çıxış edən Yuri başa çatan mövsümdə komandanın heyətində 37 oyun keçirib.
Qeyd edək ki, Tilemansın transfer dəyəri 30 milyon avro dəyərləndirilir.
- “Kəpəz”in legioneri: “Neftçi” ilə matçda iki xal itirdik” - Müsahibə
- Millimizin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- Sərbəst güləş yığmamız Avropa çempionu olub
- "Barselona" "Mançester Yunayted"in hücumçusunu ala bilər
0
0