Misli Premyer Liqasının V turunda "Kəpəz" "Qəbələ"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanovun mətbuat konfransı keçirilib.
"Stadionda əla atmosfer var idi. Bu kimi stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf etməyə davam edəcək. İlk hissədə daha yaxşı oynadıq və topa daha çox nəzarət etdik. İkinci hissədə daha çox topu itirdik. Lakin komandanın oyunundan məmnun qaldıq. Rəqib qələbə qazanmaq üçün daha əzmkar idilər, ona görə də qalib gəldilər. Azarkeşlərimizi məmnun edə bilməməyimiz təəssüf doğurur. Bu gün bizdə aqressivlik, xarakter yox idi. Xarakter və qələbə istəyi olmasa, çətindir. Transfer pəncərəsi bağlıdır, amma yenə də yeni oyunçu gətirə bilərik”.