Səudiyyə Ərəbistanı yığması tarixində 5-ci dəfə dünya çempionatının oyununda birdən çox qol vurur.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin Argentina ilə hazırda davam edən görüşündə 2:1 hesabı ilə öndə olan asiyalılar bunadək 4 dəfə iki qol vurmağı bacarıb.
1994-cü ildə Mərakeş (2:1), 1998-ci ildə CAR (2:2), 2006-cı ildə Tunis (2:2) və 2018-ci ildə Misirə (2:1) iki qol vuran ərəblərin gücü yalnız Afrika təmsilçilərinə çatmışdı. Qətərdəki mundialın ilk turunda məğlub duruma düşən Səudiyyə Ərəbistanı iki qol vuraraq oyunda dönüş yaradıb.
Qeyd edək ki, bu yığmaların yer aldığı C qrupunda Polşa və Meksika da mübarizə aparır.
- “Lənkəran”nın baş məşqçisi: “Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi”
- Azərbaycan kuboku: “Gəncə” yarımfinalda
- Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- İsveç mətbuatı "Qarabağ"a təriflər yağdırdı
- "Mançester Yunayted" yeni sahibinə görə avrokuboklardan kənarda qala bilər