"Trabzonspor"la qarşılaşmada "Beşiktaş"a kömək edə bilməyəcək
04.02.2024 - 17:18
“Beşiktaş”ın “Trabzonspor” qarşılaşması öncəsi bir futbolçusu daha sıradan çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytında xəbər paylaşılıb.
“Qara qartal”da Omar Kolley yüksək hərarət səbəbindən heyətdən çıxarılıb. Qambiya millisinin kapitanı “Trabzonspor” qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, 31 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 21 matçda 6 qolla yadda qalıb.
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- Totti: “İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir”
- A seriyası klubunda yeni anlaşma
- Yeniyetmələr arasında üçüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
- “Liverpul” onları da itirdi
0
0