Türkiyə Futbol Federasiyasında yeni təyinat
23.07.2024 - 15:39
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Şurasına yeni təyinat olub.
Apasport.az xəbər verir ki, Ferhat Gündoğdu şuranın yeni rəhbəri seçilib.
O, əvvəl də bu vəzifəni icra edib. 2021-ci ildə cəmi 6 ay çalışdıqdan sonra uzaqlaşdırılıb.
Ferhat Gündoğdu Ankara Universitetində idmanın idarəedilməsi ixtisası üzrə həm magistr, həm də doktorantura təhsili alıb.
Qeyd edək ki, Mərkəzi Hakimlər Şurasının əvvəlki sədri Ahmet İbanoğlu 2 gün əvvəl şuranın digər üzvləri ilə birgə istefa verib.
- "Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb
- Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparacaq
- "Tituldan asılı olmayaraq, Mourinyo "Fənərbaxça"da qalmalıdır" - Ali Koç
- "Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu
- Rüfət Abbasov: “Sumqayıt” səfərindən bir xalla qayıtmaq pis nəticə deyil"
0
0