Türkiyə klubunun azarkeşi kubok oyunundan sonra vəfat edib
06.02.2026 - 01:31
Türkiyənin “Kocaelispor” klubunun azarkeşi komandasının ölkə kubokunun III turunda keçirilən oyunundan sonra vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə bu gün “Beşiktaş”a qarşı keçirilən və 1:1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra baş verib.
Klub azarkeşin vəfatı ilə bağlı onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, “Kocaelispor” hazırda 4 xalla C qrupunda 5-ci pillədə qərarlaşıb.
- “Qarabağ” – “Zirə” matçının biletlərinin satış tarixi açıqlanıb
- PFL və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
- Azərbaycanlı FIFA referisi Dubaydakı turnirə təyinat aldı
- Adil Şükürov: "Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq"
- Türkiyə millisi azarkeş sayına görə AVRO-2024-də liderdir - Siyahı
0
0