DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalının Türkiyə ilə Rumıniya arasında keçiriləcək matçının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, oyunu Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Görüşün baş hakimi Fransua Leteksye olacaq. Ona yan xətt hakimləri Siril Munye ilə Mehdi Rahmuni köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə - Rumıniya qarşılaşması 26 mart tarixində "Beşiktaş Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cütün qalibi finalda Slovakiya - Kosovo duelində üstün olan kollektivlə üz-üzə gələcək.
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Rövnəq Abdullayev: “Qarabağ”ın avrokubokadakı uğurlu çıxışı sevinc hissi yaşatdı”
- "Eyüpspor" Super Liqada ilk qələbəsini qazanıb
- Ramin Quliyev: “Qara “Neftçi”nin gücünə güc qatacaq” - MÜSAHİBƏ
- NBA: “Mayami Hit” qələbə qazandı, 2 oyunluq seriyaya son qoydu