Türkiyə millisinin üzvü “Trabzonspor” yolunda
29.03.2026 - 15:53
"Borussiya Dortmund"un yarımmüdafiəçisi Salih Özcan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Trabzonspor" türkiyəli futbolçu ilə yaxından maraqlanır.
Qara dəniz təmsilçisinin baş məşqçisi Fatih Tekke rəhbərlikdən 27 yaşlı oyunçunun transfer edilməsini tələb edib.
Xatırladaq ki, Salih Özcan cari mövsümün sonunda "Dortmund"dan ayrılacaq.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində 4 rəsmi matçda cəmi 21 dəqiqə meydanda olub.
0
0