Türkiyədə qış "transfer pəncərəsi" açılıb
13.01.2025 - 11:31
![Türkiyədə qış "transfer pəncərəsi" açılıb](https://apasport.az/storage/news/2025/january/13/big/6784c0979de4b6784c0979de4c17367533036784c0979de496784c0979de4a.jpg)
Türkiyədə qış transfer dönəmi başlayıb.
Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İdarə Heyətinin qəbul etdiyi qərarla, 2024/2025 mövsümünün ikinci transfer və qeydiyyat dövrü bu gündən etibarən rəsmi olaraq start götürüb.
Qış "transfer pəncərəsi" 11 fevral 2025-ci ildə bağlanacaq.
Qeyd edək ki, mövsümün ilk transfer və qeydiyyat dövrü iyunun 24-də başlayıb, sentyabrın 14-də isə başa çatıb.
0
0