Türkiyəli jurnalist Bışar Özbey keçmiş futbol hakimi Ahmet Çakarı məhkəməyə verib.
Apasport.az xəbər verir ki, Özbey bu barədə şəxsi sosial media hesabında açıqlama yayıb.
Onun sözlərinə görə, 31 may 2026-cı il tarixinədək qüvvədə olan müqaviləyə əsasən, Ahmet Çakar yalnız BTV kanalında həftədə üç proqramda iştirak etməli idi.
Lakin 8 avqust 2025-ci ildə Çakarın məlumat verilmədən “A Spor” yutub kanalında verilişə başladığı bildirilib. Daha sonra isə o, “Neospor” kanalında da proqram aparmağa başlayıb.
Bışar Özbey Çakarın bu addımı ilə müqavilə öhdəliklərini pozduğunu və bir illik əvvəlcədən ödənilmiş maaşı geri qaytarmaqdan imtina etdiyini açıqlayıb.
Bununla əlaqədar jurnalist bəyan edib ki, Ahmet Çakar barəsində “dələduzluq” və “etimadı sui-istifadə” ittihamları ilə hüquq-mühafizə orqanlarına müraciət ediləcək, həmçinin maddi təzminat tələbi ilə məhkəmə iddiası qaldırılacaq.
- Həsrət Cəfərov: “III MDB Oyunları - Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir”
- “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi vəfat edib
- "Neftçi" və "Qarabağ"ın XIII turdakı oyunlarına təyinatlar açıqlanıb
- Vasili Berezutski: "Rəqib heç bir hücum etmədən 3 qol vurdu"
- Krivotsyukun komandası mövsümü 8-ci pillədə bitirdi