
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun ABŞ Milli Futbol Liqasının (MLS) oyunları zamanı meydana daxil olmasına qadağa qoyulub.
Apasport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Çeuko özü də bu məlumatı təsdiqləyib:
“Artıq meydana daxil olmağa icazəm yoxdur. Yeddi il Avropada, Liqa 1-də, Çempionlar Liqası oyunlarında oldum. Ümumilikdə cəmi 6 nəfər meydana daxil olub. Lakin ABŞ-yə gələndən sonra 20 ayda 16 dəfə meydana qaçmağa cəhd ediblər. Problem mən deyiləm, işimi sevirəm. Lakin Liqa rəhbərliyinin qərarını başa düşürəm”.
Qeyd edək ki, Messinin cangüdəni daha öncə bir neçə dəfə azarkeşlər oyunçuya yaxınlaşmasın deyə meydançaya qaçmışdı.