Tuxelin Kyeza istəyi
18.04.2023 - 19:27

“Bavariya”nın baş məşqçisi Tomas Tuxelin komandasında görmək istədiyi futbolçulardan birinin adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Federiko Kyezanın transferini istəyir.
“Yuventus”un vingeri Leroy Saneni əvəzləməlidir. Almaniyalı futbolçunun bu yay satılması nəzərdə tutulub. 25 yaşlı italiyalı onun mövqeyində çıxış etməlidir.
Qeyd edək ki, Kyeza 2020-ci ildən “Yuventus”un formasını geyinir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- “Sumqayıt”ın üzvü Özbəkistan millisinə çağrılıb
- “Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb
- “Xarı Bülbül Şuşa” liderliyə yüksəldi
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- “Fehervar”ın qapıçısı “Qəbələ” ilə oyunun favoritini açıqladı
0
0