
UEFA Avropa Liqasının cavab oyunları çərçivəsində "Sparta Praqa" - "Qalatasaray" (4:1) matçından sonra 2 komanda arasında dava düşüb.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA hadisə ilə bağlı araşdırmaya başlayıb.
"Sparta"nın yarımmüdafiəçisi Matej Rynes kütləyə qarışaraq hadisələrə start verib. Daha sonra mülki şəxs meydana daxil olaraq Abdülkerim Bardakçı ilə mübahisə edib.
"Qalatasaray"ın analitiki olduğu iddia edilən Yılmaz Yüksel Rynesin qabırğasına təpik atıb.
İlkin məlumata görə, "Qalatasaray"ın analitiki Yılmaz Yüksel Raynsın qabırğasına təpik vurduğu üçün 6 aya qədər həbs cəzası alacaq.
- AFFA-nın baş katibi: “Bir neçə müraciət aldıq”
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
- "Neftçi" Qəbələyə yollanır
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- U-21-in Antalyaya gedəcək heyəti dəqiqləşdi