“Liverpul” baş məşqçi Arne Slotun gedişindən sonra məşqçilər korpusunda dəyişiklikləri davam etdirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu niderlandlı mütəxəssis Covanni van Bronkhorstla yollarını ayırıb.
O, Slotun texniki heyətində köməkçi məşqçi kimi çalışırdı.
“Liverpul” daha əvvəl Arne Slotu baş məşqçi postundan göndərib.
Onun ayrılığından sonra Sipke Hulshoff, Ruben Peeters və Covanni van Bronkhorst da klubdan gedib.
Qeyd edək ki, Van Bronkhorst “Liverpul”a 2025-ci ilin yayında qoşulmuşdu.
O, buna qədər “Beşiktaş”ın baş məşqçisi olub və 2024-cü ilin sonunda İstanbul təmsilçisindən ayrılıb.
- Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular”
- “Sürix”i keç, qrupda yerini təmin et – “9”un bir addımlığında
- “Qalatasaray”ın matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray” Avropa futbolunun ZİRVƏSİNDƏ
- Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkü atılıb - FOTO